Azərbaycanın orta ümumtəhsil məktəblərində dərslər kəskin hava şəraiti ilə əlaqədar fevralın 6-dək təxirə salınıb
02-02-2012 / 10:10
Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi təxirə salınıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin FaktXeber.com-a verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov bununla bağlı müvafiq əmr imzalayıb. Bundan başqa təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçiriləcək. İmtahanların keçirilmə tarixi yaxın günlərdə açıqlanacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.