VAHİD QAZİ NAMƏLUM ŞƏXSLƏR TƏRƏFİNDƏN HÜCUMA MƏRUZ QALIB
"İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi naməlum şəxslər tərəfindən döyülüb
01-02-2012 / 19:29
FaktXeber.com-un verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Azərbaycan Ziyalılar Forumunun İçərişəhərdə keçirilən toplantısından çıxan Vahid Qazi qəfildən bir nəfər naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Ona hücum edən şəxslərin iki nəfər olduğu bildirilir. Vahid Qazi bildirib ki, ona hücum edən şəxslərdən biri aralıda, digəri isə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin binasının tinində duraraq gəlib-gedəni izləyirmiş. Hücum edən şəxs Vahid Qazini divara çırparaq, dizi ilə onun qarnından zərbələr endirib. Vahid Qazinin bildirdiyinə görə, həmin şəxslərin ona qarşı nalayiq sözlər işlədərək onu hədələyiblər. “Yalnız bir söz eşitdim, onu da rus dilində deyirdilər. “Qudurmusan”, “həddini aşmısan”.
Qeyd edək ki, Vahid Qazi bunu Ziyalılar Forumunun toplantısında çıxış etməyib. Lakin fasilədə müsahibə verən Vahid Qazi, Azərbayacan gəncliyinin gələcəyinin qeyri müəyyən olduğunu bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.