RUSİYA MÜDAFİƏ NAZİRLİYİ MİLYON TON HƏRBİ SURSATI MƏHV EDƏCƏK
Hərbi sursatların partladılma yolu ilə məhv edilməsi ekspertlərin narazılığına səbəb olub
01-02-2012 / 17:48
Faktxeber.com-dan verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi 2012-ci ildə istifadə müddəti qurtarmış 1,7 milyon sursat məhv ediləcək.
Müdafiə nazirinin müavini ordu generalı Dmitriy Bulqakov məhv edilmənin 46 hərbi poliqonda partlatma yolu ilə həyata keçiriləcəyini bildirib.
Bu işdə 13 min hərbçinin iştirak edəcəyini deyən general, əsgərlərin cəlb olunub-olunmayacağı barədə bir söz deməyib: «2013-cü il yanvarın 1-nə kimi məhv ediləsi 1,762 min ton hərbi sursat qalacaq. 2014-cü ilə kimi Müdafiə Nazirliyinin anbarında ancaq birinci və ikinci kateqoriya sursatlar qalacaq».
Buqalkovun sözlərinə görə, hərbi arsenalda 6 milyon ton hərbi sursat var, onların yarısının istifadə müddəti qurtarıb. Rusiya Silahı Qüvvələrinin islahatları çərçivəsində 3 milyon ton saxlanılacaq.
Hərbi sursatların partladılma yolu ilə məhv edilməsini ekspertlər tənqid edir. Onların sözlərinə görə, bu, bir çox hallarda instruksiyanın pozulması ilə nəticələnir: «Bu da partlayışlara gətirir. Nəticədə günahsız insanlar həlak olur».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.