Rusiya polisi 600 immiqrantı qısa müddətli həbs edib
01-02-2012 / 17:44
FaktXeber.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva yaxınlığında yerləşən Odintsovo bölgəsində polis xarici ölkə vətəndaşılarını daşıyan 14 avtobus və iki mikroavtobusu saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.
Saxlanılan immiqrantların əksəriyyəti Türkiyə, Ukrayna, Moldova vətəndaşlarıdır. Onlara Rusiyada inşaat sektorunda işləyirlərmiş.
Daha sonra məlum olub immiqrantlar qaçaq yolla işləmədiyi məlum olub.
Mövzuyla əlaqədar açıqlama verən Rusiya Daxili İşlər Nazirliyinin sözcüsü Yevqeni Qildeyev bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, xarici ölkə vətəndaşları Rusiyada qanuni şəkildə işləmirlər. Onların üzərindən heç bir sənəd çıxmayıb.
Rusiya İmmiqrant Xidmətinin sözcüsü Zalina Kornilova bildirib ki, işçilərin əksəriyyətinin sənədləri yerində olub. Qısa müddətli araşdırmadan sonra onlar sərbəst buraxılıblar. Araşdırmalar zamanı polisin həbs etdiyi 600 xarici işçinin yalnız 20-nin Rusiyada qalmaq icazəsi olmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.