QIZIL MƏDƏNLƏRİ NİGERİYALI UŞAQLARI QURĞUŞUNLA ZƏHƏRLƏYİR
Hüquqmüdafiəçiləri bunu müasir tarixin ən ağır zəhərlənmə faktı olduğunu bildirir
01-02-2012 / 17:28
Faktxeber.com-un verdiyi məlumata görə, Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch Nigeriyanın şimalında minlərlə uşağın qurğuşundan zəhərləndiyi barədə bəyanat verib.
Hüquqmüdafiəçilərin sözlərinə görə,bu, müasir tarixdə ən ağır zəhərlənmə halıdır.
Hesabatda Zamfara ştatında bir çox kənldlərdə zəhərlənən uşaqların 40 faizinin həlak olduğu bildirilir.
Bunun səbəbini isə təşkilat qızıl mədənlərində görür. Zamfara hökuməti bir neçə kəndi təmizləməyə çalışsa da, maliyə çatışmazlığından lazımi nəticə alınmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.