"TİTANİK"dən ÇIXARILAN SKRİPKA ƏN QİYMƏTLİ ARTEFAKT KİMİ TARİXƏ DÜŞƏCƏK (foto)
Orkestrin rəhbəri Uols Hartli gəmi batarkən nişanlısının hədiyyə etdiyi skripkanı belinə bağlayır
01-02-2012 / 16:43
Faktxeber.com-un verdiyi məlumata görə, «Titanik» gəmisində orkestrin rəhbəri Uols Hartliyə məxsus skripkanın orijinallığı tam yoxlanıldıqdan sonra batmış laynerin ən qiymətli artefaktı kimi tarixə düşəcək.
Hesab olunur ki, skripka 1912-ci ilin aprelin 15-də qəzaya uğramış gəminin zallarının birində ifa edən musiqiçinin əlində olub.
KİV-də yazıldığına görə, 33 yaşlı Hartlini sudan çıxararkən skripka onun bədəninə bağlı imiş. Tapılmış alətin əvvəlcə Uolsun ailəsinə göndərilməsi planlaşdırılsa da, sonradan skripka yoxa çıxır.
İndi 100 il keçəndən sonra əfsanəvi skripka yenidən üzə çıxıb, ancaq bu dəfə «Henry Aldridge & Son of Devizes» auksionunda. Artefaktın cari sahibinin dediyinə görə, Hartlinin ölümündən sonra skripka onun nişanlısı Mari Robertsona çatdırılıb. Alətin özündə də belə bir yazı var: «Nişanlağımız münasibəti ilə Uelsa yadigar. Mariya».
Musiqiçinin skripkaya bu qədər dəyər verməsi və özünə möhkəm bağlamasına səbəb də elə bu imiş.
Qeyd edək ki, Titanikin batmasından yüz il sonra İtaliya sahillərində qəzaya uğrayan «Costa Concordia»da olan 38 yaşlı macarıstanlı Şandor Feher də skripkasını xilas edərkən batmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.