FaktXeber.com xəbər verir ki, İraqda 17 nəfər edam edilib. İraq Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, edama məhkum edilən şəxslər terrorçuluqda ittiham olunublar. 17 nəfər terrorçu bu gün edam olunub. İraqda bu il edam edilənlərin sayı 51 nəfər olub.
Qeyd edək ki, bir neçə gün bundan öncə İraq Parlamentinin nümayəndəsi xanım Kumeylə Musəvi bildirmişdi ki, İraqda terrorçuluqda ittiham olunaraq barəsində ölüm hökmü çıxarılanların arasında bir neçə Ərəbistan vətəndaşı da var. Araşdırmalar nəticəsində bəlli olub ki, onlardan 3-ü Ərəbistan şahzadəsidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.