Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub
01-02-2012 / 15:31
FaktXeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirlir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon polis şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib.
Ağcabədi rayon polis şöbəsinin rəisi Təhmasib İbrahimov isə Beyləqan rayonuna rəis təyin olunub.
Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib.
Gədəbəy rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyev isə Gədəbəyə rəis göndərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.