"QARA YUMOR" GƏNCLƏRİN TERRORİST KİMİ HƏBS OLUNMASI İLƏ NƏTİCƏLƏNDİ
Amerika xüsusi xidmət orqanlarının "sayıqlığı" zarafatcıl gənclərin 5 saat sorğu-sual olunduqdan sonra bir gecə həbsxanada yatması ilə nəticələndi
01-02-2012 / 15:06
Faktxeber.com-un verdiyi məlumata görə, Amerika xüsusi xidmət orqanları «sayıqlığı» sayəsində Böyük Britaniyadan olan cütlük həbs olunub. Səbəbi isə Ley vann Braynın ABŞ-a getməzdən bir neçə gün öncə öz «Twitter»ində zarafatla «destroy America» («Amerikanı dağıt») yazması olub.
Brayn bu kəlməni məcazi mənada, yəni öz rəfiqəsi ilə Amerikada doyunca gəzmək üçün işlətsə də, Amerika polisinin antiterror bölməsi yumoru anlamayıb.
Bəxtsiz gənc və nişanlısı aeroportda 5 saat sorğu-sual ediləndən sonra, qollarına qandal taxılaraq, qeyri-qanuni immiqrantlar olan avtobusa mindirilib.
Gecəni ayrı kamerada keçirən gənclər səhəri təyyarə ilə evlərinə qaytarılıb.
Hadisə ilə əlaqədar KİV-ə müsahibə verən Vann Brayn onlarla əsl terrorist kimi rəftar edildiyini bildirib.
O, həmçinin mikrobloqda digər bir zarafatı – guya ki, Merlin Manronun qəbrini qazacaqları üçün də sorğu-sual edildiyini bildirir: Mən «Qriffinı» komediya multserialından olan cümlələri status kimi vermişəm. Onlar isə bunu səhv anlayaraq, hətta çamadanlarımızda bel-kürək axtardılar».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.