"Sən bizdən atesit bir nəsil yetişdirməyimizi gözləyirsən? Biz mühafizəkar demokrat nəsil istəyirik."
01-02-2012 / 14:53
FaktXeber.com xəbər verir ki, Türkiyə baş naziri Ərdoğan, partiyasının toplantısındakı çıxışında ana müxalkifət partiyası CHP lideri Kılıçdaroğlunun dünənki tənqidlərinə cavab verib. Baş nazir, Kılıçdaroğlunun dünən gündəmə gətirdiyi "din alverçisi" tənqidinə cavab olara bildirib ki, mühafizəkar demokrat bir partiya olaraq muühafizəkar demokrat nəsilin arxasındayıq.
Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğanın toplantıdakı çıxışından başlıqlar:
"Türkiyənin dostluğu hamı üçün əhəmiyyətlidir. Amma bəzi kiçik insanlar üçün əhəmiyyətli deyil. Heç kim Fransadakı bu qanunun ədalətli qanun olduğunu deyə bilməz. Bu qanun irqçidir.
Baş nazir, Kılıçdaroğlunun dünən gündəmə gətirdiyi "din alverçisi" tənqidinə cavab olaraq bildirib: "Məni din mövzusunda məmləkəti ikiyə ayrımaqda ittiham edir, mən dediklərimin arxasındayam. Mən "dindar nəsil yetişdirmək hədəfimizdir" demişəm. Sözlərimin arxasındayam. Hörmətli Kılıçdaroğlu, sən bizdən atesit bir nəsil yetişdirməyimizi gözləyirsən? Biz mühafizəkar demokrat nəsil istəyirik."
Qeyd edək ki, dünən CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğan sərt təndiq edərək onu din alverçisi adlandırmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.