Səbəbi internet resursunun qalmaqallı rəhbərinin onlara qonararlarını verməməsidir
01-02-2012 / 14:21
Faktxeber.com-un verdiyi məlumata görə, «WikiLeaks» rəhbəri Culian Assanjın vəkilləri onu məhkəməyə verib.
Səbəbi internet resursunun qalmaqallı rəhbərinin onlara qonararlarını verməməsidir.
Hüquqi firmanın bəyanatında bununla əlaqədar deyilir: «Biz qonorar barədə Assanje ilə hərtərəfli və uzun danışıqlar aparmışıq. O isə yaşayış yerini dəyişib və bu barədə vəkilləri xəbərdar etməyib. Biz də məhkəməyə müraciət etməkdən başqa yol tapmadıq».
Xatırladaq ki, «WikiLeaks»in qalmaqallı dərcləri ilə şöhrət tapmış və məhkəməyə verilmiş Assanj şərti azadlıqdadır və dostu – London Jurnalistlər Birliyinin rəhbəri Von Smitin şəhərdən kənarda olan evində yaşayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.