Bakıda icazəsiz taksilər mayın 1-dək ləğv olunacaq
01-02-2012 / 14:16
FaktXeber.com xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyi mayın 1-dək Bakıda icazəsiz işləyən bütün taksiləri ləğv edəcək. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Belə qərar nazirliyin kollegiya iclasında qəbul edilib.
Həsənovun sözlərinə görə, Bakıda icazəli taksilərin ümumi sayı beş min ədəd təşkil edir ki, bunun min ədədi "Baku Taxi Company" şirkətinin London Taxi TX4 markalı avtomobillərinin, 4 mini isə başqa avtomobillərin payına düşür.
Bundan başqa, gələcəkdə Bakıda London Taxi TX4 avtomobillərinin ümumi sayının üç min ədədədək çatdırılması planlaşdırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.