Faktxeber.com-un verdiyi məlumata görə, Meksikada il başlayandan bəri 1,5 min insan A (N1H1) virusuna yoluxub. Onlardan 29 nəfəri xəstəlikdən vəfat edib.
Bu barədə Meksikanın Səhiyyə Naziri Salamon Çertorivski deyib.
Onun sözlərinə görə, hökumət hələ ki, xüsusi sanitar tədbirlər görməyə hazırlaşmır: «Fevral-mart aylarından yerli sakinlər arasında yeni qriplə xəstələnənlərin sayının artacağı gözlənilir. Bununla belə, hökumət A(N1H1) virusu ilə yoluxanlarla əlaqədar «aşağı göstəricilərə» görə hələ ki, sanitar tədbirlər göstərmək istəmir».
Xatırladaq ki, Latın Amerikası ölkələrində 2009-cu ildə baş verən epidemiyada 1,3 min insan həlak olmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.