Havanın temperaturunun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir
01-02-2012 / 14:05
FaktXeber.com xəbər verir ki, fevralın 2-də temperaturun ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS-ə verdiyi açıqlamaya görə, bu gün axşamdan başlayaraq yenidən hava şəraiti daha da kəskinləşəcək.
Rayonlarında fevralın 2-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Asif Verdiyev 2012-ci ilin ən soyuq il olması barədə səsləndirilən fikirlərlədə razılaşmır. “Yanvar ayında ən minimal tempratur yanvarın 29-da -6,6 dərəcə qeydə alınıb. 1972-ci və 2008-ci illərdə havanın tempraturu -8,7 və -9 dərəcə qeydə alınıb. Həmin illərlə müqayisədə bu il yanvar ayı nisbətən isti keçib”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.