FAZİL MUSTAFA PARLAMENTDƏ İRANIN MÜDAFİƏSİNƏ QALXDI
"Azərbaycan İrana qarşı düşmən mövqedən çəkinməlidir"
01-02-2012 / 13:54
FaktXeber.com "Salamnews"a istinadən verdiyi məlumata görə, bu sözləri millət vəkili Fazil Mustafa söyləyib. O əlavə olaraq bildirib ki, İran da Azərbaycana düşmən mövqe sərgiləməkdə davam edir: "Ona görə ki, bu gün İrana təzyiq edən ölkələr heç də Azərbaycanın dostları deyillər. Sabah onlar mövqelərindən geri çəkilə və bizi pis vəziyyətdə qoya bilərlər. Bu baxımdan biz İranla qonşuluq münasibətlərimizi qoruyub saxlamalıyıq."
Deputat Qüdrət Həsənquliyev isə İranın Azərbaycana qarşı düşmən mövqeyini pisləyərək bildirib ki, bu gün İran Azərbaycana qarşı siyasətini davam etdirir. Təbrizdən Ermənistana neft kəməri çəkmək fikrindədir.
Onun sözlərinə görə, Milli Məclis Gülüstan və Türkmnənçay müqavilələrinə hüquqi qiymət verməlidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.