AMERİKA DA ƏN MÜASİR SİLAHINI TƏQDİM ETMƏYƏ HAZIRLAŞIR
İnsan öldürməyi asanlaşdıran texnologiyalar arasına daha biri əlavə olunur
01-02-2012 / 13:20
İnsan həyatını deyil, öldürməyi asanlaşdıracaq texnologiyalar arasına daha bir yenisi əlavə olunmaq üzrədir. FaktXeber.com-un verdiyi məlumata görə, dünyanın ən böyük silah axtarışlarını həyata keçirən ABŞ-ın üzərində işlədiyi yeni texnologiya, sipərlərin arxasında dayanmış hədəfləri belə vura bilir.
Lazerlə idarə olunan raketlərdən ilhamlanan mühəndislər, avtomatla açılan atəşdə rast gəlinən ən böyük problemlərdən biri olan hədəfdən yayınmanın qarşısını alacaq lazerlə idarə edilən güllələr üzərində işlər aparırlar.
Kiçik raketi xatırladan güllələr, lazerlə işarələnilmiş hədəfləri yox edə bilir. Üzərindəki mikrosxemlər sayəsində istiqamətini saniyədə 30 dəfə dəyişdirə bilən güllələr, uzun məsafədəki hədəfləri müvəffəqiyyətli şəkildə vura bilir.
"Sandia" şirkəti tərəfindən hazırlanan güllələr hələlik sınaq mərhələsində olsa da, yaxın günlərdə Amerikan ordusunun istifadəsinə veriləcəyi bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.