Azərbaycan Milli Məclisinin yaz sessiyası öz işinə başlayıb
01-02-2012 / 12:12
FaktXeber.com xəbər verir ki, Azərbaycan Milli Məclisinin yaz sessiyası bu gün öz işinə başlayıb. İlk öncə Azərbaycanın dövlət himni oxunub.
Yaz sessiyasının ilk iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, parlamentin yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlər və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi və qəbulu daxil edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.