"LAVROV, KLİNTONUN ZƏNGLƏRİNƏ 24 SAAAT CAVAB VERMƏDİ"
BMT Təhlükəsizlik Şurasında Suriyada baş verən hadisələrin müzakirəyə çıxarılmamış, Rusiya və ABŞ arasında telefon böhranı yaşanıb
01-02-2012 / 12:03
FaktXeber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Suriyada baş verən hadisələrin müzakirəyə çıxarılmamış, Rusiya və ABŞ arasında telefon böhranı yaşanıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ xarici işlər naziri Hillari Klintonun 24 saatdır zənglərinə cavab vermədiyi bildirilir.
Avstraliyada səfərdə olan Rusiya xarici işlər naziri Lavrov "Suriya mövzusunu müzakirə edilməsinin qeyri-mümkündür, BMT-də olan Rusiyanın daimi nümayəndələri ilə mövzunun müzakirə edə bilərsiniz", - deyə bildirib.
ABŞ xarici işlər naziri Klintonun zənglərinə cavab vermədiyi ilə əlaqədar iddialara cavablandıran Lavrov, diplomatik qaydaları pozmaq istəmədiyi üçün telefonla danışa bilmədiyini söyləyib. Avstraliyalı həmkarları ilə görüşdə olduğunu xatırladan Lavrov, "Klintonun mənimlə telefonla əlaqə yaratmaq istədiyinə dair məlumat aldım. Amma o zəng edən zaman mən avstraliyalı həmkarlarımla görüşürdüm. Bizim diplomatik ənənəmizdə bu hörmətsizlikdir. Mən Hillarinin mənimlə təcili nə danışacağını bilmirəm. Lazım olsa, Rusiyanın Nyu Yorkda yüksək səviyyəli diplomatları var", - deyib.
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi sözcüsü Viktoriya Nuland Vaşinqtonda mətbuata verdiyi açıqlamada Klintonun Lavrovla 24 saatdır telefon əlaqəsi yarada bilməməsini deyib.
"Suriyanın bombalanmasına icazə vermərik"
Rusiya xarici işlər naziri Sergey Lavrov, BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxilə nəzərdə tutan qərara əsla icazə verməyəcəklərini bildirib. Avstraliyada media nümayəndələrinin suallarını cavablandıran Lavrov, "Əgər onlar Suriya lideri Bəşər Əsədin istefa verməsini istəsələr, Əsəddə bunu rədd etsə, onlar nə edəcək? Müharibə edəcəklərmi? Onu bombalayacaqlarmı? Təhlükəsizlik Şurası buna əsla icazə verməyəcək. Buna zəmanət verirəm", - deyib.
Rusiya mətbuatında yayımlanan xəbərlərə görə isə Lavrov bildirib ki, Suriyanın gələcəyi ilə əlaqədar qərarı yalnız Suriya xalqı verə bilər. Suriyada bütün qruplar müzakirə masasına oturmalıdırlar. Kimin gedəcəyinə və kimin yerinə gələcəyinə onlar qərar verməlidir. Rusiya Suriyaya hər hansı xarici müdaxiləyə qarşıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.