Gəncə Bazar ASC-də bu gün səhər saat 6:00 radələrində güclü yanğın olub
01-02-2012 / 11:34
FaktXeber.com "Kəpəztv"yə istinadən xəbər verir ki, Gəncə Bazar ASC-də bu gün səhər saat 6:00 radələrində güclü yanğın olub. Yanğın bazarın məişət əşyaları satılan hissəsində baş verib. Alov ümumi sahəsi 15 min kvadrat metr olan bazarın 2 min kvadrat metrini əhatə edib. Əraziyə Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami və Kəpəz rayonlarının şəxsi heyəti ilə yanaşı Şəmkir, Göygöl və Samux rayonlarından da canlı qüvvə və texnika cəlb olunub. Bir neçə saat davam edən yanğının söndürülməsində 15-ə yaxın yanğınsöndürən maşın iştirak edib. Bazardakı satış oobyektlərinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi əməkdaşlarının dediyinə görə, ərazidəki sıxlıq yanğınsöndürmə işlərinə maneə törədib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.