Senatorların qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət etməsi, Fransa prezidenti Sarkozini narahat edib
01-02-2012 / 11:12
FaktXeber.com xəbər verir ki, Sarkozinin bir qrup parlament nümayəndələri ilə görüşü əsnasında, senatorlar və millət vəkillərinin ləğv müraciəti etməsindən narahat olduğunu bildirib. Sarkozi bildirib ki, bu addım mənim xeyrimə olmadı.
Digər tərəfdən isə Fransada qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğv olunması üçün Konstitusiya Şurasına müraciət edən senatorlardan Nataliye Qoulet, bu müraciətdən nəticə əldə edəcəklərini deyib.
Senator həmçinin bildirib ki, qanun qəbul olunmasında böyük səyləri olan Marsilya millət vəkili Valerie Boyerin, təklifinin senat tərəfindən təsdiqləndiyində sevinc gözyaşları töküb. Boyerin bu dəfə kədərlənib ağlayacaq. Biz, onun üçün dəsmal almışıq.
Xatırladaq ki, dünən Fransada 72 senator qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət edib.
Qeyd edək ki, qanunun ləğvi üçün müraciət edən senator erməni lobbisi tərəfindən təhdid olunurlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.