Pakistan XİN nümayəndəsi İslamabadın Əfqanıstanın daxili işlərinə qarışmadığını deyib
01-02-2012 / 10:51
Faktxeber.com-un verdiyi məlumata görə, Pakistan hökuməti NATO-nun məxfi hesabatını əsaslandırılmamış adlandırıb.
Qeyd edək ki, sənəddə Pakistan xüsusi xidmət orqanları Taliban hərəkatına dəstək göstərdiyi barədə məlumatlar var. Müəlliflər əmin olduğunu bildiriblər ki, Pakistan Taliban liderinin yerini bilir. Bu qənaətə minlərlə əsir taliblərin və «Əl-Qaidə» üzvlərinin istintaqı zamanı alınan cavablardan sonra gəlinib.
Pakistan XİN nümayəndəsi bildirib ki, İslamabad Əfqanıstanın daxili işlərinə qarışmır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.