FaktXeber.com xəbər verir ki, son bir necə gün ərzində Avroprada şaxtalı hava üzündən azı 60 nəfər ölüb. Soyuq hava şərqi və mərkəzi Avropada müşahdə edilir.
Ukraynada 30-a yaxın, Polşada isə təxminən 20 adam soyuq havanın qurbanı olub. Onların əsasən evsiz-eşiksizlər olduğu bildiirlir. Serbiya, Rumıniya, Bolqarıstan, Litva və Çexiyada da ölüm halları qeydə alınıb.
Bəzi ölkələrdə havanın hərarəti mənfi 20-25 dərəcəyədək enib. Sinoptiklərin proqnozlarına görə, şaxta azı bir həftə davam edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.