|
Bu gün Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun müsbət 3-6° təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən FaktXeber.com-a verilən məlumata görə, axşam temperaturun 0°-yə yaxınlaşacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bakıda 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-6° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın axşama doğru yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-4° şaxta, gündüz 2-6° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Xəbərdarlıq: Fevralın 1-dən 2-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, fasilələrlə qar yağacağı, temperaturun mənfi 3°-dək aşağı enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Nərgiz Kazımlı
|