Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edirlər
01-02-2012 / 10:00
Ermənistan Ordusunun bölmələri yanvarın 31-də saat 18.10-dan 18.20-dək, 19.25-dən 19.40-dək və 23.35-dən 23.50-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, fevralın 1-də saat 02.15-dən 02.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.50-dən 04.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.