TÜRKİYƏ FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERİB
Mehmet Əli Aydınlarla birlikdə iki vitse-prezident də vəzifələrindən gedib
31-01-2012 / 00:03
Türkiyə Futbol Federasiyası itki ilə üzləşib. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib.
Aydınlarla birlikdə iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gedib. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultayı keçiriləcək.
Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbaxça” başda olmaqla, 8 klubun adı hallanır. TFF UEFA-nın israr etməsinə baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.