Sergey Mironov: "Oksana Dmitriyevanın baş nazirliyi ilə yaradılacaq hökumətə bütün partiyalardan nümayəndələr daxil ediləcək"
31-01-2012 / 18:22
FaktXeber.com-un "İnterfax" Agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə iştirak edəcək Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov keçirdiyi mətbuat konfransında ilk dəfə yeni hökumət heyətini açıqlayıb. Mironov, seçkiləri qazanacağı halda koalisiya hökuməti yaradacağını bildirərək, öz köməkçisi Oksana Dmitriyevanın baş nazirliyi ilə yaradılacaq hökumətə bütün partiyalardan nümayəndələrin daxil ediləcəyini söyləyib.
Radikal müxalif liderlərdən olan Aleksandr Navalninin Hesablamalar Palatası rəhrəbi kimi göstərildiyi siyahıda, Çeçenistandakı Rusiya ordusunun komandiri general Vladimir Şamanovun müdafiə naziri, Rusiyanın NATO-dakı rəsmi nümayəndəsi Dmitri Roqozinin isə XİN rəhbəri olacağı göstərilir.
Hökumətdə bəzi yeni nazirliklərin də yaradılacağı bildirilir. Belə ki, Mironov geologiya, biologiya, texnologiya, meşə və ətraf mühit nazirliklərinin yaradılacağını açıqlayıb və Rusiyada bu sahələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışı zamanı Rusiyanın ABŞ-la əlaqələrinə də toxunan Mironov, "ABŞ-la çoxlu sayda birgə hədəflərimiz var. Bunların başında terrorizm və narkotikə qarşı mübarizə durur. Amma vəzifəyə gəldikdə, ABŞ-la əlaqələrdə Rusiyanın mənfəətlərindən geri çəkilməyəcəyik. Xüsusilə RƏM sistemində geri addım atmasalar, bunun əvəzini artıqlamasıyla görəcəklər" xəbərdarlığını səsləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.