Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümünü qeyd edilib
31-01-2012 / 17:56
Yanvarın 31-də müxalif İctimai Palatanın üzvləri, gənc fəallar, ayrı-ayrı siyasi partiyaların nümayəndələri Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümünü qeyd ediblər. Mərasim Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilib.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1955-ci il martın 6-da Türkiyə paytaxtı Ankarada vəfat edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.