SƏRDAR CƏLALOĞLU AŞPA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
31-01-2012 / 17:51
Bu gün, Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyyəti ilə Müxalifət nümayəndələri görüşüb. Görüşdə ADP-nin sədri Sərdar Cəlaloğlu və AXCP, ALP, Müsavat partiyasının da rəhbərləri də iştirak ediblər. Bu barədə FaktXeber.com-a ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl məlumat verib.
AŞPA həmməruzəçisi ilə Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013 –cü ildə prezdent seçkiləri, Azərbaycanın AŞPA qarşısında öhtəlikləri müzakirə edilib, fikir mübadiləsi aparılıb. Azərbaycana son illərdə insan haqqları, söz və mətbuat azadlığının kobud surətdə pozulması, sərbəst toplaşmaq haqqında qanuna əməl edilməməsi, seçki saxtakarlığı haqqında məlumatlar verilib. 2010 parlament seçkilərindən sonra, siyasi məhbusların sayının çoxalması və müxalifət nümayəndələrin televeziyalara buraxılmaması kimi məsələlər qonaqların diqqətinə catdırılıb.
Sonda AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex söz verib ki, aprel ayında bu məsələlər bağlı, məruzə ilə çıxış edərək problemləri AŞPA nümayəndələri qarşısında qaldıracaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.