CHP lideri Kamal Kılıçdaroğlu, partiyasının idarə heyətinin toplantısında baş nazir Ərdoğanı, İslam dünyasında məzhəb qarşıdurması yaradan siyasət yürütməkdə ittiham edib
31-01-2012 / 17:25
FaktXeber.com Türkiyə mediasına idtinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu, "Qüsura baxma baş nazir sən dindar filan deyilsən, sən din alverçisisən", - deyib.
Ərdoğanın bütün İslam dünyasında məzhəb qarşıdurması yaratmaq istədiyini iddia edən CHP lideri Kılıçdaroğlu bildirib ki, İslam dünyasında birliyi və qardaşlığı təmsil etmək potensialına sahib bir ölkə var. O da Türkiyədir. Sən o Türkiyəyə sahib çıxacaqsanmı? İndi İslam dünyasında məzhəb qarşıdurması yaradan siyasət aparırsan. AK Partiyanın İslamla əlaqəsi yoxdur. Heç əxlaqsızlıqla İslam bir yerdə ola bilərmi?. "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim" - deyən uca peyğəmbər əxlaqı ucaltmışdır. Haram ilə halal arsında fərq qoymayan, qul haqqına riayət etməyən, yetim haqqı yeyəndən dindar olmaz. Xalqın malına, dövlətin malına əl uzadan adamdan heç vaxt dindar olmaz. Sən bu milləti fitrəylə, zəkatla, sədəqəylə, qurban dərisi, qurban puluyla etdiyi köməkləri yığıb sui-istifadə edən adamları ədalətin çəkindən xilas edirsən.
"DİNDAR DEYİLSƏN, DİN ALVERÇİSİSƏN"
Baş nazir Ərdoğanı haqsızlıqlar qarşısında susmaqla tənqid edən Kılıçdaroğlu, "İraqda 1.5 milyon insan öldürüldü, sənin tükün tərpənmədi. Haqsızlıq qarşısında susan dilsiz şeytandır. Qəzzafi parçalandı, susdun. Sən mənə əxlaq dərsi verirsən. O Qəzzafi ki, Kipr problemində Türkiyəyə Türkiyəyə pz kürəyində yardım daşıyıb. Qüsura baxma baş nazir sən dindar filan deyilsən, sən din alverçisisən. Dindar insanların inanclarını istismar edən bir insansan. İstismar etdiyin dindarları sənin əlindən xilas etmək CHP-nin borcudur", - deyə bildirib.
Qeyd edək ki, bu gün Ərdoğan partiyasının qrup toplantısında Kılıçdaroğlunu kəskin şəkildə tənqid etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.