FaktXeber.com "Salamnews"a istinadən xəbər verir ki, Azərbaycan Ziyalılar Forumu Fransa Senatının “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qəbul etdiyi qanuna etiraz olaraq mitinq keçirməyi planlaşdırır və bu istiqamətdə hazırlıq işləri aparılır. Bunu Ziyalılar Forumunun təsisçilərindən biri, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov bildirib.
Onun sözlərinə görə, aksiyanın keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
O deyib: "Mitinq keçirəcəyimizi elan etmişik və aksiyanın baş tutmasında maraqlıyıq. Amma aksiya iştirakçılarının kütləviliyini təmin etmək üçün bəzi təşkilatı məsələlər həll olunmalıdır. Hazırda Forumun təsisçiləri bununla bağlı ciddi müzakirəklər aparır”.
E.Namazov söyləyib ki, hələlik mitinqin keçiriləcəyi yerlə bağlı konkret ünvan seçməmişik. Biz möhtəşəm aksiyanın baş tutması üçün məsləhətləşmələr aparırıq və bu proses başa çatan kimi, yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.
Bundan əlavə Ziyalılar Forumunun növbəti toplantısı forumunun qurucularından olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində keçiriləcək. Toplantı fevralın 1-i, saat 15-də başlayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.