İSPANİYANIN BAŞ NAZİRİ AÇIQ MİKRAFONUN QURBANI OLDU
İspaniyanın baş naziri qismində ilk dəfə AB zirvəsinə iştirak edən Rajoy, açıq mikrafon qurbanı olub
31-01-2012 / 16:58
FaktXeber.com-un verdiyi məlumata görə, Brüsseldə keçirilən AB-nin zirvə iclasında Finlandiyanın baş naziri Jurki Katainenlə söhbət edərkən mikrafonun açıq qalması Rajoy üçün arzu olunmaz sonluqla nəticələnib. Belə ki, Rajoyun Finlandiyalı baş nazirlə danışdığı sözlər mikrafonla bütün zala yayılıb. Baş nazirin danışdığı sözlər bunlar olub: “Bu cümə sabitlik qanununu əldə etdik, gələn cümə isə maliyyə islahatları həyata keçirdəcəyik. Ondan sonra da əmək islahatları həyata keçirdəcəyik. Əmək islahatlarının həyata keçirdilməsi isə ümumi tətillərə səbəb olacaq.”
Hollandiyanın baş naziri Rajoy isə bu sözləri danışıb: "Bizim üçün həmişə çətin olub. Lakin indiki durum lap pisdir. Hazırda vəziyyət daha da qarışıqdır. Bizim üçün çox pis bir miras qoyublar. Bu ilki iqtisadi inkişaf çox pis vəziyyətdədir.”
Qeyd edək ki, baş nazirlər arasında olan bu dialoqlar Avropa mediasının gündəliyinə çevrilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.