İngiltərə, London Olimpiada Oyunlarına döyüş gəmiləri, pilotsuz təyyarələr və raketlərlə hazırlaşır. Ölkədə aparılan hazırlıqların təhlükəsizlik bəhanəsi ilə militarizmin və güc siyasətlərin qanuniləşdirilməyə hesablandığı və cəmiyyətə qarşı güc nümayişi göstərildiyi bildirilir.
FaktXeber.com-un "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, 2012 Yay Olimpiadaları əsnasında "terror hücumu ehtimalı" səbəbiylə sanki müharibə hazırlığı aparan İngiltərə, yarışların aparıldığı vaxt Londonu hərbi mühasirəyə alacaq.
Olimpiadalar zamanı şəhərdə pilotsuz təyyarələrin quş uçurtmayacağı, Temza çayında döyüş gəmilərinin patrul xidməti həyata keçirəcəyi, hücum vertolyotlarının hazır gözləyəcəyi və raket hücumu üçün hazırlıq aparılacağı bildirilir. Minlərlə polis və 13 min 500 əsgərin London küçələrində təhlükəsizlik tədbirləri görəcəyi, kəşfiyyat təyyarələri və kameralarla müşahidə olunmayan heç bir yer qalmayacaq. Olimpiadalar zamanı xidmət edəcək əsgərlərin sayı, İngiltərənin Əfqanıstandakı əsgərlərinin sayından belə çoxdur.
Bütün bu hazırlıqların ən azı 1,6 milyard dollara başa gələcəyi bildirilir ki, bu da əvvəlcədən müəyyənləşdirilən xərcdən iki dəfə artıqdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.