FaktXeber.com xəbər verir ki, 2011-ci il Avqust ayının 11-i İslamazeri.az İnternet Qəzetinin Baş redaktorunun həbs olunmasından sonra istintaq çərçivəsində avqustun 16-sı redaksiya bağlanılmış, avadanlıqları da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən götürülmüşdü.
Ötən ilin dekabr ayımın əvvəli redaksiya geri qaytarılsa da, istintaq yekunlaşmadığından avadanlıqlar hələ də nazirlikdə saxlanılırdı.
Bu gün (31 yanvar) nazirlik götürdüyü komputerləri, noutbukları, kamera və foto aparatı, qəzetin sənədlərini, möhürləri və s. avadanlıqları geri qaytarmışdır.
Xatırladaq ki, artıq Ramin Bayramovunda istintaqı yekunlaşıb. Fevral ayında artıq məhkəmə başlamalıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.