VALİDEYNLƏRİN UŞAQLARA SÖYLƏDİYİ YALAN ÜSUL HƏQİQƏTƏ ÇEVRİLİR
Azərbaycanda şagird məktəbə daxil olarkən və oranı tərk edərkən valideynlərinə SMS-lə məlumat veriləcək
31-01-2012 / 15:18
FaktXeber.com xəbər verir ki, Azərbaycanda həyata keçirilən “Elektron məktəb” layihəsinin növbəti mərhələsi elektron kartlarla bağlı olacaq.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, layihəyə əsasən, şagird məktəbə daxil olarkən onun valideyninə bu haqda SMS göndəriləcək. Eyni zamanda şagird məktəbi tərk edərkən də belə bildiriş veriləcək.
Z. Əliqızı qeyd edib ki, şagirdin bədən temperaturu haqda da valideynlərinə SMS göndərilməsi nəzərdə tutulur: ”Amma bu böyük vəsait tələb etdiyi üçün gələcəkdə həyata keçiriləcək”.
Qeyd olunub ki, “Elektron məktəb layihəsi”nə artıq 20 məktəb qoşulub. Onlardan 10-a yaxını Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdir. “Elektron məktəb” layihəsi çərçivəsində artıq “1 kompüter 1 şagird”, ”SMS gündəliklər” mərhələləri həyata keçirilib. “Distant təhsil” mərhələsi isə hazırda həyata keçirilməkdədir.
Qeyd edək ki, bir neçə gün əvvəl övladı məktəbdən gec gələn əməkdaşımız onun dərsdən çıxaraq hara getməsini dəqiqləşdirmək üçün belə bir yalan demişdi ki, indi sənin teleofonuna baxıb GPS vasitəsi ilə getdiyin yolun xəritəsinə baxacam. Amma bu yalan həqiqəti ortaya çıxarmışdı. Görünən odur ki, artıq belə yalanlara ehtiyac olmayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.