Xaricdən himayə olunan terrorçulardan külli miqdarda silah-sursat əldə edilib
31-01-2012 / 15:15
FaktXeber.com-un “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu ölkədə olan və xarici ölkələrin himayəsi ilə fəaliyyət göstərən terrorçu qruplaşmalara ağır zərbə endirdiklərini bildirib. Bəyanatda qeyd olunur ki, aparılan əməliyyat və kəşfiyyat nəticəsində Suriya təhlükəsizlik orqanları, insanları kütləvi şəkildə terror edən, adam oğurluğu və sair ağır cinayətlər törədən bir çox terrorçunu məhv edib və yaxalayıb. Bundan əlavə onlardan külli miqdarda ABŞ və İsrail istehsalı olan silah-sursat, kəşfiyyat və terrorçuluq əməliyyatlarında istifadə olunan avadanlıqlar aşkarlanaraq müsadirə edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.