72 SENATOR "İNKAR QANUNU"NUN LƏĞVİ ÜÇÜN KONSTİTUSİYA ŞURASINA MÜRACİTƏ EDİB
Fransada 72 senator qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət edib
31-01-2012 / 15:08
FaktXeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransalı senator Jacques Mezardın rəhbərliyi ilə başlayan imzatoplama nəticə verib. Keçən həftə Fransa Senatının təsdiqlədiyi, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğvi üçün bu gün Fransa Konstitusiya Şurasına müraciət ediblər.
Mövzuyla əlaqədar açıqlama verən senator Nataliye Qoulet, müraciət üçün lazım olantələb olunan minimum 60 imzanın toplanıldığını bildirib.
Konstitusiya Şurası bir ay ərzində ləğv müraciətini dəyərləndirəcək.
Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı tərəfindən qəbul olunan qanun hələlik prezident Nikola Sarkozi tərəfindən imzalanmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.