FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin Diyarbəkir vilayətində Demokratik Cəmiyyət Konqresinin (DCK) iki gün davam edən İdarə Heyəti yığıncağı sona çatıb. Toplantının nəticəsi olaraq terrorbaşı Abdullah Öcalana azadlıq istənilib.
Diyarbəkirdə təxminən 800 nəfərin iştirakıyla keçirilən toplantıda DCK rəhbəri və Mardin Müstəqil millət vəkili Əhməd Türk, köməkçisi Van müstəqil millət vəkili Aysel Tuğluk, millət vəkili Altan Dan, Nursel Aydoğan, Ayla Akat Ata, Diyarbəkir Bələdiyyə başçısı Osman Baydemir də iştirak ediblər. Aysel Tuğlukun oxuduğu bəyanatda bildirilir ki, AK Partiya hökumətinin iqtidara gəldiyi gündən bəri demokratiya, vətəndaş və azadlıq ehtiva edən bir siyasət həyata keçirəcəyini açıqlamasına baxmayaraq, 10 illik fəaliyyətlərində 80 illik Kamalist Respublikanın siyasəti arasında öz etibarıyla kürd xalqı baxımından dəyişən heç bir şey olmayıb.
Tuğluk, AK Partiyanın kürd xalqına münasibətinin yalan küləyi üzərində qurulduğunun aydın olduğunu söyləyərk, "bir daha hökumətin və demokratik ictimaiyyətin bilməsini istəyərik ki, kürd xalqı siyasətçiləriylə, təşkilatlarıyla xalqın köklü dəyərlərinə qarşı mübarizədən dönməyəcək. Şeyx Səid, Seyid Rıza, Melle Mustafa, Qazi Məhəmməd kimdirsə, hörmətli Öcalan da xalqımız üçün odur. Müzakirələrin müvəffəqiyyətlə davam etdirilməsi və nəticə əldə olunması üçün Öcalana müzakirələrə yardım edə biləcəyi imkanlar verilməli və azad şəkildə siyasi fəaliyyət göstərməsinə şərait yaradılmalıdır."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.