FaktXeber.com-un verdiyi məlumata görə, Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) növbəti su sızıntıları aşkar edilib. Stansiyanın operatoru “Tokyo electric power Co.” (TEPKO) şirkətindən açıqlamada bildirilib ki, su sızıntısı iki yerdə qeydə alınıb.
Qeyd edək ki, iki gün əvvəl də şirkət 14 nöqtədə su sızıntısı aşkarladıqları barədə məlumat açıqlamışdı. Bildirilirdi ki, sızıntı nəticəsində 8 ton axıb.
Sızıntılardan biri 30 litr mayenin axdığı radiasiyaya yoluxmuş suyun təmizlənməsi qurğusunda, digəri isə reaktora su vuran borunun qapağında aşkar edilib.
Şirkətdən bildirilir ki, yaranmış nasazlıqlar suyun donması nəticəsində yaranıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.