İRAN YENİ TİPLİ AĞILLI LAZER RAKETİ İSTEHSAL EDİB - (Video)
Oxşar raketlər yalnız 2 ölkədə mövcuddur
31-01-2012 / 13:30
FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, İran silahlı qüvvələri ən müasir hesab edilən ağıllı lazer raketini sınaqdan keçirib. Bu raket müxtəlif hədəfləri, o cümlədən gəmi, körpü, tank müxtəlif hərbi təchizatı, qərargahları, hərəkətdə olan bütün obyektləri həddən artıq dəqiqliklə müəyyənləşdirərək məhv etmə qabiliyyətinə malikdir. Raket həmçinin çox güclü dagıdıcı qüvvəyə malik olması ilə yanaşı hədəfə çatmamışdan öncə yaxınlıqda olan digər obyektləri məhv edir və möhkəm inşa edilmiş bunkerləri darmadağın edir.
Xatırladaq ki, bu tipli raket yalnız iki ölkədə-Rusiya və ABŞ-da mövcuddur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.