Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib
31-01-2012 / 13:21
FaktXeber.com xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. Bu gün digər həmməruzəçi Pedro Aqramunt da Bakıya gələcək.
Həmməruzəçilər fevralın 2-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər.
Nümayəndələr eyni zamanda Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə də görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.