İQTİSADİ İNKİŞAF NAZİRLİYİ MONİTORİNQLƏRİ DAVAM ETDİRİR
31-01-2012 / 12:58
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı qanun pozuntuları aşkarlanıb. Qanun pozuntuları aşağıdakı ünvanlarda qeydə alınıb:
Bakının Xəzər rayonunda
- Binə qəsəbəsi, F.Axundov küçəsi, ev 6C ünvanında Arif Mahmudova məxsus mağazada;
Səbail rayonunda
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 8 ünvanında Əjdər Əliyevə məxsus mağazada;
Sabunçu rayonunda
- Zabrat 2, Çkalov küçəsi, ev 10 ünvanında yerləşən "Seyid market"də;
Binəqədi rayonunda
- 7-ci mikrorayonda yerləşən "Sizin martket"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunmuşdur.
Səbail rayonunda
- Badamdar qəsəbəsi, Məktəbli və Məmmədov küçələrinin kəsişməsində yerləşən "Star market"də;
Sabunçu rayonunda
- Zabrat 2 qəsəbəsində Güldanə İsmayılovaya məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 15 ünvanında yerləşən "Elgiz market"də;
Nizami rayonunda
- Nəsimi küçəsi, ev 28 ünvanında yerləşən "Aytən market"də;
Yasamal rayonunda
- Ş.Qurbanov küçəsi, ev 13 ünvanında İzafət Əliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsində Samirə Rahmanovaya və Elnarə Əhmədovaya məxsus mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması və satışda olan malların qiymət kağızlarının düzgün tərtib olunmaması halları aşkar edilmişdir.
Şəki şəhərində
- S.Rəhman, 56 küçəsində Elman Xasməmmədova məxsus mağazada;
Sumqayıt şəhərində
- H.Əliyev prospekti, 40-cı məhəllədə Famin Rəhimova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan
Beyləqan rayonunda
-Magistral küçəsində Yusif Sadıqova və Zülfü Səlimova məxsus mağazalarda;
Şəmkir rayonunda
-S.Vurğun küçəsi, ev 42 ünvanında Cəmilə Qələndərovaya məxsus mağazada;
-20 Yanvar küçəsində Məmməd Məmmədova məxsus mağazada;
-H.Aslanov küçəsi,38 ünavanında Aynur Həsənova məxsus mağazada;
-S.Vurğun küçəsi ilə Məmmədov küçəsinin kəsişməsində Aydın Bəhlulova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 460 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Nazirlik, istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələrini xahiş edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.