KANADADA YAŞAYAN AZƏRBAYCANLILAR FRANSA KONSULLUĞU QARŞISINDA AKSİYA KEÇİRİBLƏR
31-01-2012 / 12:35
FaktXeber.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Kanada Azərbaycan Gəncləri Şəbəkəsinin üzvləri Fransa Senatında yanvarın 23-də qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbul edilməsi ilə bağlı Toronto şəhərindəki Fransa konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.
Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqları, “Tarix tarixçilər üçündür”, “Fransada fikir azadlığına hə, senzuraya yox” və s. kimi şüarlar yazılmış plakatlar tutan nümayişçilər Senatın qəbul etdiyi bu qanunun söz və ifadə azadlığını kobud şəkildə pozduğunu bildiriblər.
Aksiya zamanı, həmçinin Kanada Azərbaycan Gəncləri Şəbəkəsinin qanuna qarşı yaydığı bəyanatı oxunmuş və konsulluğa təqdim olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.