FaktXeber.com-un verdiyi məlumata görə, bir günlük qiymət artımından sonra dünya birjalarında neftin qiyməti yenidən aşağı düşüb. Belə ki, Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 78 sent ucuzlaşaraq 98,78 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda isə “Brent” markalı neftin bir barrelinin qiyməti 71 sent azalaraq 110,75 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti də London birjasında 39 sent ucuzlaşaraq 114,26 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.