KARLOS KARYERASINI BAŞA VURACAĞI BARƏDƏ YAYILAN XƏBƏRLƏRİ TƏKZİB ETDİ
Dünya futbolunun canlı əfsanəsi Roberto Karlos bu ilin sonunda karyerasını başa vuracağı barədə yayılan xəbərləri təkzib edib
31-01-2012 / 12:20
FaktXeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, "Anji" klubu, İspaniyanın "Marca" qəzetinin "Roberto Karlos futbolla vidalaşacaq" xəbərini təkzib edib. "Anji" klubundan verilən açıqlamada İspaniya qəzetinin yayımladığı xəbərin axmaqlıq olduğu bilidirilib.
Qeyd edək ki, İspaniyanın "Marka" qəzetinin iddiasına görə, braziliyalı ulduz qəzetə müsahibəsində "Anji"nin sahibi Süleyman Kərimovun köməkçisi işləyəcəyini deyib: "Anji" ilə 2013-cü ilin iyununa qədər müqaviləm var. Ancaq çox güman ki, bu ilin dekabrında karyeramı başa vuracağam. Bununla belə, "Anji"dən ayrılmaq fikrində deyiləm. Komandada qalıb Süleyman Kərimovun köməkçisi işləyəcəyəm. Çünki Kərimov məndən komandanın gələcək inkişafına yardım etməmi xahiş etmişdi. Mən də razılıq verdim və bundan sonra da "Anji"nin uğuru üçün çalışacağam".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.