Suriya hakimiyyəti müxalifətlə Rusiyada görüşü qəbul edib, amma müxaliflər görüş üçün Əsədin istefasını şərt kimi irəli sürüblər
31-01-2012 / 12:07
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin heç bir şərt olmadan suriyalı səlahiyyətlilərlə müxalifətin qeyri-rəsmi görüşü üçün uyğun bir vaxt ərzində nümayəndələrini Moskvaya göndərmək təklifi etdiyi bildirilir. Suriyalı səlahiyyətlilərin bu təklifə müsbət cavab verdiyi, müxaliflərin də yaxın günlərdə təklifə təsdiq cavabı verəcəkləri gözlənilirmiş.
Rusiya XİN-in açıqlamasında bildirilir ki, bu cür görüşlərin Moskvada təcili olaraq keçirilməsində məqsəd Suriyadakı qarşıdurmaların ən qısa müddətdə dayandırılması, qan tökülməsinin qarşısının alınması və cəmiyyət daxilindəki gərginliyin azaldılması olub.
Tərkibində ən böyük müxalif qrupları birləşdirən Suriya Milli Şurasının başçısı Burhan Galyun isə açıqlamasında, Suriyada demokratik hökumətə keçid mövzusundakı hər cür müzakirə üçün Əsədin istefasının şərt olduğunu söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.