TÜRKİYƏNİN ANA MÜXALİFƏT PARTİYASI QURULTAY HAZIRLIQLARINA BAŞLADI
26 fevral 2012-ci il tarixində toplaşacaq 16-cı Fövqəladə Qurultay üçün komissiya yaradıldı
31-01-2012 / 11:47
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, CHP başqanının köməkçisi və partiyanın mətbuat katibi Ayman Gülər, Mərkəz İdarə Heyətinin (MYK) iclasında 26 Fevral 2012-ci il tarixində toplaşacaq 16-cı Fövqəladə Qurultayın təşkilati işlərini həyata keçirmək üçün MYK üzvlərindən ibarət komissiya yaradıldığını açıqlayıb.
MYK-nin toplantısı CHP başqanı Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə keçirilib. Toplantı təxminən 3 saat davam edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.