HƏRBİÇİLƏRİMİZ BEYNƏLXALQ KURSLARDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan hərbiçiləri beynəlxalq kurslarda iştirak edəcəklər
31-01-2012 / 11:13
Azərbaycan hərbiçiləri fevralın 6-10-da Türkiyədə terrorizmlə mübarizənin hüquqi aspektləri mövzusunda kurslarda iştirak edəcəklər. Fevralın 7-9-da isə Litvada NATO təliminin sinxronlaşma konfransı keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a-a verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, bu il fevralın 8-dən gələn il fevralın 1-dək hərbiçilərimiz ABŞ-da keçirilən piyada kapitanları kursuna qatılacaqlar. Fevralın 9-10-da isə Almaniyada Azərbaycan-ABŞ işçi qrupunun növbəti iclası olacaq. Bu il fevralın 15-dən oktyabrın 16-dək hərbiçilərimiz ABŞ-da Səhra artilleriya təməl lider zabit kursunda iştirak edəcəklər.
Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən, hərbiçilərmiz fevralın 13-dən aprelin 9-dək Türkiyədə partlayıcı maddələrin aşkarlanması kursuna qatılacaqlar.
Fevralın 13-24-də isə hərbiçilərimiz Çexiyada Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, çoxmillətli sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursunda iştirak edəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.