FaktXeber.com xəbər verir ki, Avropanın şərqini öz təsiri altına alan güclü qar yağışı və dondurucu soyuqlar 32 ölümünə səbəb olub. Rəsmilər, -20 dərəcəyə qədər düşən hava tempuraturuna görə fövqəladə tədbirlər görüblər.
Ukrayna Fövqəladə Hallar Nazirliyi, keçən həftə 3 gün ərzində 18 nəfərin donaraq öldüyünü, 500 nəfərin isə donvurmaya görə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Polşa daxili işlər nazirliyi sözcüsü Malqorzata Vozniak, ölkədə havanın tempuraturunun -26 dərəcəyə qədər düşdüyünü, yaşlı və evsiz olan 10 nəfərin öldüyünü bildirib.
Keçmiş Yuqoslaviya ölkəsi Serbiyada şaxtalı hava 2 nəfərin həyatına son qoyub. 3 nəfər isə itkin düşüb. Qar yağıntısı 14 rayonda fövqəladə vəziyyətin elan edilməsinə gətirib çıxarıb.
Ruminyada isə cümə gününə kimi təhlükəli vəziyyət gözlənilir. Şaxtanın həftə sonuna kimi mənfi 30 dərəcəyə çatacağı istisna edilmir. Bu ölkədən kəskin hava şəraitində dünyasını dəyişənlərin sayı 4 nəfərdir.
Bolqarıstanda isə don vurmadan ölənlərin sayı 5-ə çatıb. Ölənlərin çoxu yaşadıqları evlərinin yaxınlığında aşkar edilib. Bu ölkədə havanın temperaturu mənfi 25 dərəcəni ötüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.