İşğalçı Ermənistan Ordusu Ağdam, Füzuli və Tərtər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
31-01-2012 / 10:15
Ermənistan Ordusunun bölmələri yanvarın 30-da saat 10.50-dən 11.00-dək, 11.10-dan 11.30-dək və 23.40-dan 23.50-dək Ağdam rayonunun Şuraabad, Baş Qərvənd və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 31-də saat 00.20-dən 00.25-dək və 06.35-dən 06.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04.00-dan 04.20-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.