AZƏRBAYCANDA CADUGƏR QADIN DİRİ-DİRİ YANARAQ KÜLƏ DÖNÜB
Xızı rayonunda dəhşətli hadisə baş verib
30-01-2012 / 19:22
FaktXeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Altıağac qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kvadratmetr olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı insan sümüyünə oxşar fraqmentlər aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xızı rayon Polis Şöbəsindən isə bildirilir bki, yanmış ev milliyətçə malakan olan 76 yaşlı Firina Nelli Tomofeyevnaya məxsusdur. Evdən tapılmış insan sümüyünə oxşar fraqmentlər hələlik sübut olunmasa da, ona məxsus olması ehtimal olunur. Qadının qızının polisə verdiyi məlumata görə, yanvarın 29-da saat 23:00 radələrində anası ilə telefonla danışıb. Anası ona yaxşı olduğunu və yatmağa hazırlaşdığını deyib. Təxminən 3 saat sonra isə Yanğından Mühafizə Xidmətinə yanğın barədə məlumat daxil olub. Yanğın söndürüləndən sonra isə evdən sümüklər aşkarlanıb.
Rusiyadan sürgün olunaraq Xızıda məskunlaşmış F.Nelli rayon ərazisində məşhur cadugər kimi tanınırmış. "İnsanları işə düzəltəmək", "qızları ərə vermək" kimi işlər görürmüş. Evində isə sayı-hesab olmayan it-pişik saxlayırmış.
Hazırda ekspertizanın rəyi gözlənilir. Rəydən sonra sümüklərin qadına məxsus olub-olmaması müəyyənləşəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.